Mayın 20-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Klod Debussinin 160 və Aleksandr Skryabinin 150 illik yubileyinə həsr olunmuş “Musiqinin rəngləri” adlı tədbir keçirilib.

 

Tədbirdə AMK-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

AMK Elmi laboratoriyasının üzvü Gülnarə Rəfiq musiqinin rəngləri mövzusunda  geniş məruzə ilə çıxış edib. Musiqidə rəng duyumu, notların rəngi, dünyanın böyük musiqiçilərinin bu mövzuya münasibətini şərh edib, öz fərdi yanaşmasını dilə gətirib.

 

Fortepiano ifaçısı Azmanlı Mətanət tədbirdə K. Debüssi və A. Skryabinin əsərlərini səsləndirib.  G. Rəfiq və rəssam Azmanlı İnci tədbir boyu, səsləndirilən musiqi və müzakirə fonunda yağlı boyayla rəsm kompozisiyası işləyiblər.