Mayın 18-də Azrbaycan Milli Konservatoriyasında (AMK) “İnstrumental muğam” kafedrasının dosenti, tanınmış qarmon ifaçısı Aydın Əliyevin konserti keçirilib.
Tədbirdə AMK-nın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi açılış nitiqi söyləyib. Aydın Əliyev haqqında danışıb, onun musiqisinə olan məhəbbətini dilə gətirib.
Konservatoriyanın müəllim və tələbələrindən ibarət instrumental ansambl heyəti ifaçını müşaiət ediblər. Azərbaycanın rəqsləri, dəraməd, rəng və bəstəkar əsərləri səslənib. Təqdim olunan hər ifa təsirli olub və böyük maraqla qarşılanıb.