Aprelin 28-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Şuşa ili”nə həsr olunmuş “Kamança Festivalı”na yekun vurulub.

 

Tədbirdə Konservatoriyanın rəhbərliyi, professor müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Final konserti AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin çıxışı ilə başlayıb.

 

Rektor, bütün festival iştirakçılarını öz təşəkkürünü bildirib və onları təbrik edib. Bildirib ki, böyük zövqlə izlədiyi festivalda olduqca yeni, maraqlı ifalarla qarşılaşıb və buna çox sevinib.

 

Rektor, çıxışının ardından festival iştirakçılarına AMK-nın “Təşəkkürnamə” diplomlarını təqdim edib.

 

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Festival iştirakçılarının bir qismi yeni yaradıcılıq nümunələrini təqdim ediblər.

 

Bununla da böyük maraqla qarşılanan “Şuşa ili”nə həsr olunmuş “Kamança festivalı” başa çatıb.

 

Festivalın III günündə iştirak edən ifaçıların adları aşağıda qeyd olunur.

 

  • Munis Şərifov (Xalq artisti)
  • Mehri Əsədullayev
  • Ceyhun Muradov
  • Şəfiqə Eyvazova (Xalq artist)
  • Rauf İslamov (Əməkdar artist)
  • Elnur Mikayılov

Qeyd edək ki, Azərbaycanda ilk dəfə baş tutan “Kamança Festivalı” 25-28 aprel tarixlərində keçirilib və ölkənin tanınmış kamança ifaçıları bu festivalda çıxış ediblər.