Aprelin 25-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Şuşa ili”nə həsr olunmuş “Kamança Festivalı”na start verilib.
Tədbirdə Konservatoriyanın rəhbərliyi, professor müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Festival, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin açılış nitqi ilə başlayıb.
Rektor, bundan öncə keçirilən “Tar festivalı”nın tamaşaçılarda böyük maraq yaratdığını və bu diqqəti dağıtmadan “Kamança Festivalı”nın keçirilməsinin vacibliyindən danışıb. Bildirib ki, kamança musiqi aləti Azərbaycanın dünyada tanınan milli musiqi alətlərindən biridir və onun peşəkar, çoxtərzli ifaçılarınının olması bu festivalın əhəmiyyətindən xəbər verir. Rektor kamançanın tarixindən, onun keçmişdəki böyük ifaçılarından danışaraq tədbrin bədii hissəsinə keçid verib.
Festivalın ilk günündə aşağıda adları qeyd olunan ifaçıların çıxışları yer alıb. Onları peşəkar musiqiçilər müşaiət ediblər.
- Toğrul Orucov
- Oqtay Şərifov
- Fəxrəddin Dadaşov (Xalq artisti)
- Toğrul Əsədullayev (Əməkdar artist)
- İsmayıl Həmidov (Əməkdar artist)
- Elnur Əhmədov (Əməkdar artist)
Festivalın ikinci günündə çıxış edən ifaçılar:
- Təbriz Yusubov
- Tural Qədirov
- Ağacəbrayıl Abasəliyev (Xalq artisti)
- Mədinə Şahgəldiyeva
- Elvin Novruzov
- Elşən Mansurov (Xalq artisti)
Qeyd edək ki, Azərbaycanda ilk dəfə baş tutan “Kamança Festivalı” 25-28 aprel tarixlərində keçirilir və ölkənin tanınmış kamança ifaçıları bu festivalda çıxış edirlər.
Festivala aprelin 28-də final konseerti ilə yekun vurulacaq.