Aprelin 4-də Azərbaycan Milli Konservatoriyasında (AMK) ölkəmizdə ilk dəfə olaraq keçirilən “Tar Festivalı”na start verilib.

 

Festival “Şuşa ili” çərçivəsində, peşəkar tar ifaçılarının iştirakı ilə keçirilir.

 

4-7 Aprel tarixlərində (4 gün) keçirləcək festivalın ilk günündə Azərbaycanın görkəmli tarzənləri ifa ediblər.

 

Festivalı giriş nitqi ilə rektor, Xalq artisti  Siyavuş Kərimi açıq elan edib. O, son illərdə tar ifaçılığına marağın daha da artması, xüsusilə peşekar müəllimlərin gənclərdə bu musiqi alətinə olan diqqəti artırmasını müsbət qiymətləndirdiyini bildirib. İllər ərzində gənc ifaçılarının yetişməsində Milli Konservatoriyanın rolunun böyük olduğunu söyləyib. “Bu gün, çox fərqli yanaşmalarla Azərbaycan tarının dünyada təbliğatını uğurla həyata keçirən, onu sevdirən böyük ifaçılarla bərabər gənc tarzənlər də var. Hesab edirəm ki, bu ən böyük uğurlarımızdan biridir. Bu, konservatoriyada bütün milli musiqi alətlərimz üçün əsas vəzifə, qarşıya qoyulan öndə məqsədlərdən biridir” deyə rektor qeyd edib.

 

Daha sonra ifalara başlanılıb.

 

İlk gündə, aşağıda adları qeyd olunan peşəkar ifaçıların çıxışı yer alıb.

 

  1. Rövşən Qurbanov
  2. Kamal Nuriyev
  3. Firuz Əliyev (Xalq artisti)
  4. Vüsal İsgəndərzadə (Əməkdar artist)
  5. Ayaz İmanov

 

Qeyd edək ki, festivalın bədii rəhbəri rektor Siyavuş Kərimidir.