Azərbaycan Milli Konservatoriyasında Anım Gününə həsr olunan mərasim keçirilib.

 

Rektor, Xalq artisti Siyavuş Kərimi və konservatoriyanın professor-müəllim heyyətinin iştirakı ilə saat 12:00-da bir dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

 

Mərasimdə rektor S. Kərimi, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova və konservatoriyanın məzunu, Vətən müharibəsi iştirakçısı Elnur Hüseynlinin çxıışı yer alıb.

 

Çıxışlarda Vətən müharibəsi, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri, zəfər sevinci, hərbiçilərimizin döyüş yolu haqqında fikirlər səslənib.