Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində, Milli İncəsənət Universitetinin təşkilatşılığı ilə keçirilən “Eurasia Piano Forum” adlı VI Beynəlxalq müsabiqədə Azərbaycan Milli Konservatoriyasının tələbələri uğurla çıxış edərək laureat adına layiq görülüblər.

 

Müsabiqəyə qatılan üç tələbədən ikisi əsas mükafata, “Qran-pri” mükafatına yiyələnib.

 

  1. Cəlal Səmədov (III kurs, Estrada sənəti) “Qran-pri”
    Müəllim: Aygün Muradova
  2. Ülvi İsmayılov (II kurs, Estrada sənəti) “Qran-pri”
    Müəllim: Arzu Səfərova
  3. Pərvin Məmmədova (II kurs) II Yer
    Müəllim: Aida Həsənova

Forum çərçivəsində təşkil olunan “Müasir ifaçılıq sənəti: tarix, nəzəriyyə və praktika” adlı elmi konfransda isə “Ümumi fortepiano” kafedrasının rəhbəri, Əməkdar müəllim Firuz Abdinzadə məruzə ilə çıxış etmiş, bu münasibətlə ona Beynəlxalq sertifikat təqdim olunmuşdur.

 

Rektor, Xalq artisti Siyavuş Kərimi əldə olunan naəliyyətə görə müsabiqədə iştirak edən tələbə və müəllimlərlə görüşmüş onlara müsabiəqinin diplomlarını təqdim etmişdir.