Aprelin 29-da Azərbaycan Milli Kanservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin yeni sədri Q. Əli Purmərcanla görüşüb.

 

Görüş hər iki tərəf üçün böyük hörmət və sevgi ilə qarşılanıb.

 

Rektor Siyavuş Kərimi, qonağı salamlayıb və onu AMK-da görməkdən böyük məmnunluğunu dilə gətirib. İki dövlət arasındakı mədəni əlaqələrin daha geniş şəkildə bir-birinə bağlamağın marağında olduğunu söyləyib.

 

Q. Əli Purmərcan təşəkkürünü bildirib, böyük həvəslə Azərbaycana gəldiyini və mədəni-musiqi əlaqələrin inkişafı üçün ortaq layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Tehran və Təbrizin Bakıya böyük dostluqla bağlı olduğunu bildirib.