Qazaxıstanın Bolashaq İnkişaf fondunun təşəbbüsü ilə 25 mart – 3 aprel tarixlərində onlayn formatında keçirilən Beynəlxalq Təhsil Füarında Azərbaycan Milli Konservatoriyası (AMK) iştirak edib.

 

Bu, 50-dən artıq ölkədən 500 universitetin qoşulduqu beynəlxalq tədbirdə Milli Konservatoriyanın ilk iştirakıdır.

 

AMK üçün ayırılmış xüsusi bölmədə (https://ief2021.com/vuz/96.) xarici tələbələrin tədris almasına dair elektron broşür və qısa videoçarx təqdim olunub.

 

Ümumi təqdimatla yanaşı Milli Konservatoriyanın nümayəndəsi, 3 saatlıq canlı  yayımda (2 dəfə), füara qoşulan şagird və tələbələrin suallarını cavablandırıb.

 

Milli Konservatoriya füarı uğurla başa vurub.