Azərbaycan Milli Konservatoriyasında Fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantların İxtisas fənni imtahanına ərizə qəbulu başlayıb.

 

Ərizələrin qəbulu 2021-ci ilin 9 mart tarixindən 9 aprel tarixinə qədər davam edəcəkdir.

 

İmtahanın proqramı

 

  1. Musiqişünaslığın tarixi və metodologiyası
  • Musiqişünaslıq sənətşünaslığın bir sahəsi kimi
  • Musiqi elminin təşəkkülü və əsas inkişaf mərhələləri
  • Etnomusiqişünaslığın təşəkkülü, inkişafı və müasir problemləri
  • Urməvinin musiqi-elmi irsinin tarixi əhəmiyyəti
  • Ə. Marağayini musiqi-elmi irsinin tarixi əhəmiyyəti
  • M. Nəvvabın musiqi-elmi irsinin tarixi əhəmiyyəti
  • Ü. Hacıbəylinin musiqi-elmi irsinin tarixi əhəmiyyəti
  • XX əsr musiqi-nəzəri sistemləri
  • Rimanın funksional nəzəriyyəsi
  • Yavorskinin lad nəzəriyyəsii
  • Şönberqin musiqi kompozisiyası haqqında təlimi
  • Messianın musiqi-nəzəri görüşləri
  • Asafyevin intonasiya nəzəriyyəsi
  • Ştokhauzenin musiqi-nəzəri görüşləri
  • XX əsrin sonunda musiqinin fəlsəfəsi
  • XX əsrin sonunda musiqi estetikası
  • Etnomusiqişünaslığın metodoloji problemləri
  • Müasir  Azərbaycan musiqişünaslığı

 

  1. XX – XXI əsrlər musiqisinin tarixi və nəzəri problemləri
  • Müasir kompozisiyanın nəzəri problemləri
  • Modernizmin estetik prinsipləri
  • Musiqi neoklassitsizminin estetik prinsipləri
  • İ. Stravinskinin balet yaradıcılığı
  • “Fransız altılığı” qrupunun estetik prinsipləri
  • Ekspressionizm və Yeni Vyana məktəbi
  • Şönberqin yaradıcılığı
  • Berqin yaradıcılığı
  • Vebernin yaradıcılığı
  • XX əsrin iikinci yarısında – XXI əsrin əvvəllərində dünya musiqi sənətinin əsas inkişaf təmayülləri
  • Musiqidə postmodenizm
  • Musiqidə minimalizm
  • Elektroakustik musiqi
  • Konkret musiqi
  • Müasir Azərbaycan bəstəkarlarının simfonik yaradıcılığı
  • Müasir Azərbaycan bəstəkarlarının opera yaradıcılığı
  • Müasir Azərbaycan bəstəkarlarının balet yaradıcılığı

 

  1. Şifahi ənənəli Azərbaycan musiqisinin tarixi və nəzəri problemləri
  • 3.1 Azərbaycan xalq mahnılarının janr təsnifatı
  • 3.2 Azərbaycan xalq rəqslərinin janr və üslub xüsusiyyətləri
  • 3.3 Azərbaycan aşıq sənətinin tədqiqi məsələləri
  • 3.4 Azərbaycan muğamının tarixi-nəzəri problemləri
  • 3.5  Azərbaycan şifahi ənənəli musiqisində çoxsəslilik problemləri
  • 3.6 Azərbaycan etnoorqanologiyasının tarixi-nəzəri problemləri

 

  1. Musiqi-nəzəri fənlərin elmi-təcrübi prinsipləri
  • 4.1 Polifonik faktura xüsusiyyətləri və onun təzahür formaları
  • 2 Ciddi yazı üslublu polifoniyanın əsas xüsusiyyətləri
  • 3 Sərbəst yazı üslublu polifoniyanın əsas xüsusiyyətləri
  • 4 Polifonik variasiyaların təzahür formaları