Dekabrın 6-da Azərbaycan Milli Konservatoriyasının Bakı zalında “Xalq çalğı alətləri – Saz” ixtisası üzrə təhsil alan tələbələrin konserti keçirilib.
AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Konservatoriyanın professor-müəllim heyyəti və tələbələr konsertdə iştirak ediblər.
Konsert, AMK-nın baş elmi işçisi, professor Fəxrəddin Səlimin bədii rəhbərliyi ilə baş tutub. Professor, ifaçılar və təqdim olunan aşıq havaları ilə bağlı, konsert izləyicilərinə geniş şərh verib.
Aşağıda adları qeyd olunan tələbələrin çıxışları konsertdə yer alıb.
- Şirinbala Şirinov – “Baş Müxəmməs”, “Yanıq kərəmi”
- Tovhid Novruzi – “Qaraçı havası”
- Rahib Alıxanov – “Ayaq Cəlili”
- Ramal Hüseynli – “Urfani”
- Rəşad Mirzəzadə – “Dilqəmi”
- Mübariz Poladov – “Dü beyti”
- Züleyxa Mahmudova, Günel Yusifova – “Naxçivani havası”
- İsmayıl – “Osmanlı divanisi”