Oktyabrın 16-da Azərbaycan Milli Konservatoriyasında (AMK) tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinovla görüş keçirilib.

 

Görüşdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi və konservatoriyanın tələbə-müəllim heyyəti iştirak edib.

 

Xalq artisiti Faiq Sücəddinov tələbələrlə söhbət edib, xatirələrini və yaradıcılıq fikirlərini onlarla bölüşüb.

 

Rektor Siyavuş Kərimi tədbirdə giriş sözü söyləyib. O, bəstəkarın yaradıcılıq fəaliyyətindən danışıb onunla baxlı xatirələrini bölüşüb.

 

Daha sonra konsert bədii hissə ilə davam edib. Faiq Sücəddinov royal arxasına keçərək müəllifi olduğu fortepiano əsərlərini və bəstəkar mahnılarını ifa edib. Onun rektor Siyavuş Kəriminin 65 illik yubileyi münasibətilə yazdığı “Dostum” mahnısını ilk dəfə təqdim etməsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.