Oktyabrın 12-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “II Azərbaycan Xalq Mahnıları Festivalı” çərçivəsində konsert keçirilib.

 

Konsertdə AMK-nın “İfaçılıq” fakultəsi üzrə təhsil alan tələbələri Azərbaycanın məşhur xalq mahnılarını ifa ediblər.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, festivalın kordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, konservatoriyanın professor-müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Rektor Siyavuş Kərimi tədbirdə “Giriş” nitqi söyləyib. O, Xalq mahnılarının Musiqi Mədəniyyətimizdəki xüsusi yerindən söhbət açıb. Qeyd edib ki, Azərbaycanın xalq mahnıları ən çox sevdiyimiz əsərlər və bizə doğma olan musiqi nümunələridir. “Etnomusiqişünas alimlərimizin böyük zəhmətləri ilə əsərlər bu günə gəlib çıxmış, təhlil olunmuş və ən yaxşı düzəlişlərlə bizlərə təqdim olunmuşdur. Bu nümunələr Azərbaycan musiqisinin xəzinəsidir ” deyə Xalq artisti bildirib.

 

Çıxışın ardından tədbir bədii hissə ilə davam edib.