İylunun 25-i və 27-si Azərbaycan Milli Konservatoriyası (AMK) Quba şəhərində konsert proqramları ilə çıxış edib.

 

Belə ki, ilk olaraq iyulun 25-də, Quba şəhərində Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş tədbirdə Ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunub.

 

Tədbirdə AMK-nın “Xanəndə” “Muğam” və “Milli vokal” kafedrasının bir qrup müəllim və tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.

 

Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Anar Şuşalı, Elçin Həşimov, Elnur Əhmədov, Zenfira İsmayılova, konsertmeysterlər Nigar Hüseynzadə, Təranə Məmmədova, tələbələr Orxan Hüseynli və Nərminə Quliyevanın çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

İyulun 26-da isə, yenə də Quba şəhərində Dövlət Turizm Agentliyinin təşkil etdiyi “Regional Mətbəx Festivalı”nın açılış knsertində AMK-nın müəllim və tələbələri çıxış ediblər.

 

Bu tədbirdə Xalq artisti Mənsum İbrahimovu, AMK-nın “Xanəndə” kafedrasının müəllimi, Əməkdar artist Təyyar Bayramov əvəz edib, yuxarıda adları qeyd olunmuş digər ifaçılar isə fərqli repertuar ilə konsertdə çıxış ediblər.

 

Nizami Gəncəvi adına istirahət parkında təşkil olunan konserti minlərlə region sakini və Qubaya gələn turistlər izləyiblər.