Mayın 2-də Azərbaycan Milli Konservatoriyası nəznində Bakı Musiqi Kollecində görkəmli nəfəs çalğı alətlərinin navator-virtuoz ifaçısı Ələkbər Əsgərovun yaradıcılıq irsinə dair xatirə gecəsi keçirilib.

 

Tədbirdə Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, AMK-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim Malik Quliyev, konservatoriyanın professor müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar  iştirak ediblər.

 

AMK-nın “Ümumi fortepiano” kafedrasının baş müəllimi, Ələkbər Əsgərovun qızı Mahirə Quliyeva tədbirdə çıxış edib.  Mahirə Quliyeva, atası Ələkbər Əsgərovun yaradıcılıq fəaliyyətindən danışıb, onun klarnet məktəbindən söhbət açıb.

 

Tədbirdə geniş konsert proqramı təqdim olunub.

 

AMK-nın tələbə kollektivlərinin – Xalq çalğı alətləri orkestrinin, Əməkdar artist İlham Nəcəfovun tələbələrindən ibarət “Yeni nəfəs” (balaban ifaçıları) ansamblının, Əməkdar artist Elşən Mansurovun tələbələrindən ibarət kamança ifaçıları ansanblının,  Mahirə Quliyevanın bədii rəhbəri olduğu Ələkbər Əsgərov adına xalq çalğı alətləri ansanblının, həmçinin AMK-nın müəllimlərindən ibarət “Nur” xor kollektivinin konsertə çıxışları yer alıb. Bundan başqa tədbirdə tanınmış ifaçıların da çıxışları olub.