Aprelin 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Tütünsüz, sağlam ömür üçün” adlı tütün və alkoqolun insan orqanizminə mənfi təsirləri mövzusunda tədbir keçirilib.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
AMK-nın Tədris işləri üzrə prorektor, professor Malik Quliyev ön söz söyləyərək tədbiri açıq elan edib. “Tütünün insan sağlamlığına mənfi təsiri əsrin ən böyük bəlalarından biridir” deyə professor bildirib.
Daha sonra Yasamal rayonu 16 saylı şəhər poliklinikasının terapevti Paşayeva Lamiyə mövzu ilə bağlı ətraflı çıxış edib. L. Paşayeva bildirib ki, siqaret, yaşından asılı olmayaraq hər bir şəxsə mənfi təsir göstərir və orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. “Siqaretin yaratdığı ən ağır xəstəlikdən biri də xərçəngdir. Siqaret bədəndə 20 növdə xərçəng xəstəliyinin yaranmasında əsas rol oynayır. Siqaret, nikotin və menoksidkorben kimi öldürücü tərkib hissəsi ilə bədən üzvlərində, ağciyər və bağırsaqlarda ölümlə nəticələnən xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır. İnsanlada alışqanlıq yaradan nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir ” deyə terapevt bildirib.
Daha sonra, Yasamal rayonu 16 saylı şəhər poliklinkasının kardeoloqu Mahizər Cəfərova çıxış edərək, Spirtli içkilərin bədəndə ən tez təsir etdiyi yerin beyin olduğunu diqqətə çatdırdı. Bildirdi ki, spirt ilk olaraq beyinin fəailiyyətini sürətləndirsə də bu sürət getdikcə azalaraq mənfi təsirə keçir və hərəkət funksiyalarının yerinə yetirildiyi beyin hissələrinə təsiri nəticəsində bacarıq, refleks və hərəkət gücü pozulur.
Sonda tələbələrin suallarını cavablandıran mütəxəxsislər yekun olaraq onlara, tütün məhsullarına qarşı mübarizə yollarını izah etdilər.