Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbələri Beynəlxalq müsabiqədə 1-ci olublar.
AMK-nın tələbələri, Solmaz Rəhimova (Qanun -1-ci kurs) və Nəzrin Cəfərzadə (Kamança – 2-ci kurs) mayın 5-də Rusiya Federasiyasının Bakıda təşkil etdiyi Salut Talantov – “Xəfif Xəzər Küləyi” III Beynəlxalq Yaradcılıq Festival-Müsabiqəsində 1-ci yerə layiq görülüblər.
Konservatoriyanın hər iki tələbəsi müsabiqədə “Xalq musiqisi” kateqoriyası üzrə çıxış edərək öz alətləri bölməsində qalib olublar.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunan festivala 10-dan çox ölkənin musiqiçisi qatılıb.
AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi hər iki tələbə ilə görüşərək onları təbrik edib.
Solmaz Rəhimova və Nəzrin Cəfərzadə, müsabiqədə uğurlu iştiraklarına görə rektor Siyavuş Kərimiyə ünvanlanmış “Təşəkkürnamə”ni ona təqdim ediblər. Rektor təşəkkürünü bildirərək Beynəlxalq müsabiqələrdə əldə edilən uğurların onu sevindirdiyini deyib və tələbələrə uğurlar arzulayıb.