Sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Narkotik vasitələrin zərəri” mövzusunda tədbir keçirilib.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd, tələbə gənclər arasında sağlam həyat tərzinin təbliği, onları zərərli vərdişlərdən çəkindirmək və birlikdə narkotik vasitələrə qarşı mübarizə aparmaqdır.
Tədbirdə AMK-nın magistratura üzrə təhsil alan tələbələri məruzə ilə çıxış edərək, narkomanlığın zərərləri barədə fikirləri dinləyicilərə çatdırıblar.
Tədbirdə həmçinin tələbələrin sualları cavablandırılaraq mövzu ətrafında müvafiq izahatlar verilib.