21, 22 və 23 avqust tarixlərində Azərbaycan Milli Konservatoriyası, Heydər Əliyev Konqres Mərkəzi (Qəbələ) və “Qafqaz” Otellər Şəbəkəsinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Qurban bayramı” münasibətilə konsertlər keçiriləcək.

 

İlk gün – 21 avqust tarixində Əməkdar artist Təyyar Bayramov konsert (solo) proqramı ilə çıxış edəcək. Konsertdə T. Bayramovu Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşaiət edəcək. Konsertdə həmçinin xanəndənin tələbələrinin çıxışları nəzərdə tutulub.

 

İkinci gün – 22 avqust tarixində Xalq Artisti Mənsum İbrahimovun solo konserti keçiriləcək. Müşaiət edəcək – Əməkdar artistlər E. Həşimov və E. Əhmədov, Vəfadar Ramizzadə (zərb alətləri), Habil İsmayılov (fortepiano).

 

Üçüncü gün – 23 avqust tarixində isə Xalq artisti Azər Zeynalovun solo konserti baş tutacaq. Müşaiət edəcək – Xalq artisti Siyavuş Kərimi, Əməkdar artistlər E. Həşimov, E. Əhmədov və E. Məmmədov. Həmçinin bu konsertdə də Xalq artistinin tələbələrinin çıxışı nəzərdə tutulub.

 

Konsert Heydər Əliyev Konqres Mərkəzində saat 20:00-da keçiriləcək.

 

Konsertə giriş sərbəstdir.