15, 16 və 17 iyun tarixlərində Azərbaycan Milli Konservatoriyası, Heydər Əliyev Konqres Mərkəzi (Qəbələ) və Qafqaz Otellər Şəbəkəsinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda Milli Qurtuluş gününə və Ramazan bayramına həsr olunmuş konsert keçirilib.
Konsert Heydər Əliyev Konqres Mərkəzində baş tutub.
AMK-nın müəllim və tələbə heyəti geniş konsert proqramı ilə çıxış ediblər.
Azərbaycan milli musiqilərinin səsləndiyi hər üç konsert qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertin ilk günündə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Qəbələ sakinləri və ümumilikdə bütün qonaqları Milli Qurtuluş günü və Ramazan bayramı münasibətilə təbrik edib.
Konsertdə çıxış ediblər:
- AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi
- AMK-nın Milli vokal kafedrasının müdiri, Xalq artisti Azər Zeynalov
- Xanəndə kafedrasının müəllimləri, Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov
- Milli vokal kafedrasının müəllimi, Əməkdar artist Zenfira İsmayılova
- Milli vokal kafedrasının müəllimi, Əməkdar artist Anar Şuşalı
- Xalq çalğı alətləri kafedrasının müəllimləri, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Kamran Kərimov
- Dövlət Mahnı və Rəqs Ansamblının solisti Nigar Hüseynova
- Xanəndə Aytən Məhərrəmova
- Konservatoriyanın tələbələri və dəvət olunmuş instrumental ifaçılar