Mayın 14-də Azərbaycan Milli Konservatoriyasının (AMK) böyük zalında, konservatoriyanın müəllimi, Əməkdar artist Lalə Məmmədovanın “Nəğməli dünya” adlı solo konserti keçirilib.
Konserti giriş sözü ilə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi açıq elan edib.
Rektor Siyavuş Kərimi, Lalə Məmmədova ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Lalə Məmmədova ilə çox gənc yaşlarından tanışdır və bu günün Əməkdar artistinin ilk sənətə gəlmə dövrü də onunla birgə başlayıb. Lalə Məmmədovanın konservatoriyada ingilis dili müəllimi olaraq fəaliyyətə başlaması ilə bu tanışlıq daha da genişlənib.
Xalq artisti Siyavuş Kəriminin çıxışının ardından “Arzular” ansamblının müşaiəti ilə konsert başlayıb. Konsertdə Lalə Məmmədovanın ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirlib.
Sonda Lalə Məmmədovanın rektor Siyavuş Kəriminin müşaiəti ilə “Sarı gəlin” mahnısını ifa etməsi böyük maraqla qarşılanıb.