Mayın 7-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Qarabağ zalında ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

AMK-nın rektoru, Xalq artsiti Siyavuş Kəriminin, həmçinin konservatoriyanın professor-müəllim və tələbə heyətinin iştirak etdiyi plenar iclası açıq elan edən konservatoriyanın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova Heydər Əliyevin çoxşaxəli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və millətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb.

 

Konfransda tələbələrin təqdimatında iki əsas mövzu – “Azərbaycan musiqisinin inkişafında Heydər Əliyev mərhələsi” və “Heydər Əliyev: Musiqini sevən və duyan böyük dövlət xadimi” mövzuları üzrə məruzələr dinlənilib.

 

Konfrans iştirakçıları həmçinin Ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarxa baxıblar.