Azərbaycan Milli Konservatoriyasının (AMK) II kurs tələbəsi Bəxtiyar Məmmədov (Xalq çalğı alələri, tar) mayın 3-ü Bakı şəhərində, Rusiyanın “Salut Talantov” layihəsi çərçivəsində keçirilən “Каспийский Бриз” II Beynəlxalq musiqi festivalında 1-ci yerə layiq görülüb.
Bəxtiyar eyni zamanda müsabiqənin baş mükafatklarından sayılan “Ən yaxşı instrumental çıxış” mükafatının da sahibi olub.
Ümumilikdə 50-dən çox iştirakçının qatıldığı müsabiqədə Bəxtiyar Məmmədov Azərbaycanın görkəmli bəstəkarı Həsən Rzayevin “Çahargah” rapsodiyasını ifa edib. Bəxtiyarı müsabiqədə konservatoriyanın müəllimi Gülnarə Teymurzadə müşaiət edib.
Qeyd edək ki, Bəxtiyar AMK-nın müəllimi, Əməkdar artist Şəhriyar İmanovun tələbəsidir.