Aprelin 26-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında növbəti ‘Musiqi saatı’ keçirilib.

 

AMK Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təqdim olunan konsertdə konservatoriyanın tələbələri konsert proqramı ilə çıxış ediblər.

 

“Musiqi saatı”nda Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.

 

AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi tədbirdə çıxış edərək tələbələri təbrik edib, onlara növbəti konsert proqramları ilə bağlı təkliflərini söyləyib.