Aprelin 23-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında növbəti ‘Musiqi saatı’ keçirilib.

 

AMK Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təqdim olunan konsertdə “Estrada”, “Xalq çalğı alətləri” və “Milli vokal” ixtisası üzrə təhsil alan tələbələr konsert proqramı ilə çıxış ediblər.

 

“Musiqi saatı”nda Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib. Təqdim olunan proqramın sonunda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi və konservatoriyanın müəllimi, Əməkdar artist Anar Şuşalı tələbələrə dəstək üçün səhnəyə çıxaraq bəstəkar C.Cahangirovun “Zərif gülüşüm” mahnısını ifa ediblər.

 

Rektor sonda çıxış edərək, tələbələri təbrik edib və bu kimi yaradıcılıq konsertlərini çox görmək istədiyini bildirib.

 

Qeyd edək ki, ‘Musiqi saatı’ hər bazar ertəsi və cümə axşamı günləri keçirilir və çıxış etmək istəyən AMK-nın istənilən üzvü (professor, müəllim, tələbə..) ona ayrılmış vaxtda istədiyi yaradıcılıq nümunəsini sərgiləyə bilir.