Martın 28-də Azərbaycan Milli Konservatoriyasının Bakı zalında Yunanıstan Milli Operasının bədii məsləhətçisi, Amerika Arxeoloji İnstitutunun müxbir üzvü, Yunanıstan qədim “Lira” musiqi alətinin ifaçısı, professor Nikolaos Ksantulisin təqdimatı ilə “Qədim yunan musiqisi, nəzəriyyə və praktikası” adlı tədbir keçirilib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nicolaos D. Kanellos, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Professor Nikolaos Ksantulis məruzə ilə çıxış edərək qədim yunan musiqisi haqqında ətraflı məlumat verib, “Lira” musiqi alətində bir neçə musiqi nümunələri səsləndirib.

 

“Lira” musiqi aləti və ümumilikdə səslənən musiqilər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.