Martın  1-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi Konservatoriyada magistratura səviyyəsi üzrə ixtisaslaşma kursu keçən əcnəbi tələbələrə sertifikatlar təqdim edib.

 

Belə ki, 19 fevral – 1 mart tarixlərində AMK-da ixtisaslaşma kursu keçən Qazaxıstan Milli İncəsənət Universitetinin 4 nəfərdən ibarət tələbə heyətinə yekun kurs sertifikatları verilib.

 

Rektor Siyavuş Kərimi tələbələri təbrik edib, onlara təhsil və iş həyatında uğurlar arzulayıb.

 

Qeyd edək ki, bu, Qazaxıstan Respublikasından AMK-a ixtisaslaşma üzrə gələn 4-cü tələbə heyətidir.