Dekabrın 25-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Oqtay Kazıminin 85 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, bəstəkarın ailə üzvləri, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbirdə AMK-nın “Tələbə xoru”nun və digər tələbələrin ifasında sənətkarın əsərləri səsləndirilib, bəstəkarlıq fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Xalq artisti Siyavuş Kərimi və bəstəkarın həyat yoldaşı Fəridə Kazımova tədbirdə çıxış edərək Oqtay Kazımi və ona həsr olunmuş konsert barədə fikirlərini söyləyiblər.

 

Qeyd edək ki, konsertin bədii rəhbəri AMK-nın müəllimi, “Tələbə xoru”nun dirijoru Təranə Yusifovadır.