Dekabrın 20-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında konservatoriyanın III kurs tələbəsi Nuranə Şıxəliyevanın (İfaçılıq: Milli Vokal – Xanəndə) “İlk görüş” adlı solo konserti keçirilib.

 

Konsertdə AMK-nn rektoru Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Xanəndəni konsertdə AMK-nın tələbələrindən ibarət “Avaz” instrumental ansamblı müşaiət edib.

 

Rektor Siyavuş Kərimi çıxış edərək ifaçını təbrik edib və konsertin ərsəyə gəlməsində xidmətləri olan Nuranənin müəllimlərinə öz təşəkkürünü bildirib.

 

Konsertdə “Avaz” ansablı və xanəndənin ifasında Azərbaycanın xalq mahnıları və muğamları səsləndirilib.

 

Qeyd edək ki, Nuranənin müəllimi Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurovadır.