Dekabrın 20-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi bir müddətdir Konservatoriyada magistratura səviyyəsi üzrə ixtisaslaşma kursu keçən əcnəbi tələbələrə sertifikatlar təqdim edib.

 

Belə ki, Qazaxıstan Respublikası Qurmanqazı adına Dövlət Konservatoriyasının 8 nəfərdən ibarət tələbə heyətinə AMK-nın yekun ixtisaslaşma kursu sertifikatları verilib.

 

Rektor Siyavuş Kərimi tələbələri təbrik edib, onlara təhsil və iş həyatında uğurlar arzulayıb.

 

Qeyd edək ki, dekabrın 19-da sözü gedən heyətin “Bülbül 120” Musiqi Festivalında çıxışı böyük maraqla qarşılanmışdı. Eyni zamanda xatırladaq ki, bu, Qazaxıstan Respublikasından AMK-a ixtisaslaşma üzrə gələn 3-cü tələbə heyətidir.