Dekabrın 6-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında AMK-nın “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin 60 illik yubileyinə həsr olunmuş “Çoxşaxəli yaradıcıllıq yolu” mövzusunda elmi seminar keçirilib.

 

Seminarda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyyəti, həmçinin dəvət olunmuş elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Seminarı giriş sözü ilə AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova açıq elan edib. İlk olaraq seminarın əhəmiyyətindən söhbət açan L. Hüseynova, professor A. Nəcəfzadənin çoxşaxəli yaradıcıllıq yolu və milli musiqinin araşdırılmasında göstərdiyi xidmətlərindən danışıb. L. Hüseynova çıxışının ardından AMK-nın rektoru S.Kəriminin A. Nəcəfzadəyə ünvanladığı təbrik məktubunu professora təqdim edib.

 

Daha sonra söz, seminarın aparıcısı, sənətşünas alim Əhsən Rəhmanlıya verilib. Ə.Rəhmanlı professorun həyat və yaradıcıllıq yolu haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Ə.Rəhmanlının təqdimatı ilə A. Nəcəfzadənin həyat yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

 

Seminarda qeyd olunub ki, A. Nəcəfzadə musiqi tədqiqatçısı olmaqla bərabər bəstəkar, kamança ifaçısıdır və bu sahələrdə də böyük uğurlar əldə etmişdir.

 

Tədbirdə rektor, Xalq artisti S.Kərimi çıxış edərək professoru 60 illik yubuleyi münasibətilə təbrik edib və onunla bağlı xatirələrini bölüşüb. Rektor bildirib ki, A. Nəcəfzadə milli musiqinin tədqiqi üzrə böyük alim və konservatoriya üçün hazırda ən əhəmiyyətli şəxslərdən biridir.

 

Sonra dəvət olunmuş qonaqlar çıxış edərək professoru təbrik edib və onunla bağlı xatirələrini bölüşüblər.