Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Sankt-Peterburq Mədəniyyət Komitəsi, “Art-Peterburq” ictimai xeyriyyə fondu  və N.A. Rimsky-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının birgə təşkilatçılığı ilə “Opera Müğənnilərinin VIII Beynəlxalq Müsabiqəsi – Sankt-Peterburq” fəaliyyətə başlayır.

 

Müsabiqədə ölkəmizi Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi (İfaçılıq, Milli vokal) Urfan Cəfərov təmsil edir.

 

Azərbaycan da daxil olmaqla müsabiqədə 15 ölkədən 200 ifaçının iştirakı gözlənilir. Müsabiqənin münsiflər heyətində dünya şöhrətli musiqiçilər təmsil olunurlar.

 

24 noyabr – 2 dekabr tarixlərində keçiriləcək müsabiqə, 3 tur və sonda baş tutacaq Qala-konsertdən ibarətdir.