Noyabrın 8-də Azərbaycan Milli Konservatoriyasının (AMK) ‘Bakı zalı’nda görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələrin elmi-praktik konfransı keçirilib.

 

Konfransda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Konfransda ilk olaraq T.Quliyev haqqında məruzələr dinlənilib. Daha sonra AMK-nın müəllim və tələbələrinin ifasında bəstəkarın mahnıları səsləndirilib.

 

Xalq artisti S.Kərimi və AMK-nın Elmi işlər üzrə prorektoru Lalə Hüseynova çıxış edərək bəstəkarın həyat və yaradıcıllıq yolundan söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.