Oktyabrın 31-də Azərbaycan Milli Konservatoriyasının (AMK) “Böyük zal”ında (AMK) Azərbaycan Respublikasının Əməkdar artisti, AMK-nın İnstrumental Muğam kafedrasının müdiri, tarzən Malik Mansurovun rəhbərliyi ilə “Naz-nazı” muğam qrupunun konserti keçirilib.

 

Konsertdə AMK-nın rektoru, professor Siyavuş Kərimi, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova, Tədris işləri üzrə prorektor, professor Malik Quliyev, konservatoriyanın müəllim heyəti, həmçinin tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Əvvəlcə açılış üçün söz rektor, professor S.Kərimiyə verilib. Rektor ilk öncə qonaqları salamlayıb, AMK-nın İnstrumental Muğam kafedrasının müdiri Malik Mansurovu konsert münasibəti ilə təbrik edib. S.Kərimi bildirib ki, M.Mansurov Azərbaycanda tar ifaçılığı sənətinin ən peşəkar nümayəndələrindən biridir və konservatoriyada milli musiqimizə göstərdiyi xidmətlər əvəzsiz, çox böyükdür.

 

Daha sonra rektor, M.Mansurovun yaradıcıllğından söhbət açıb, onun ifaçılıq xüsusiyyətlərindən danışıb.

 

Konsertdə “Naz-nazı” muğam qrupunun ifasında Azərbaycan bəstəkarlarının əsərləri, muğamlar və M.Mansurovun özünün müəllifi olduğu bir neçə əsər səsləndirilib.

 

Qeyd edək ki, “Naz nazı” muğam qrupunun üzvləri AMK-nın məzunları və hazırda təhsilini davam etdirən tələbələrdən ibarətdir.

 

“Naz nazı” muğam qrupunun solistləri;

 

  • Malik Mansurov (Tar)
  • Arifə İmanova (Qanun – Magistr I kurs)
  • Nurlan Cəbizadə (Tar – AMK-nın məzunu)
  • Fərid Babayev (Kamança – AMK-nın məzunu)
  • Ramin Abdullayev (Nağara)