Oktyabrın 27-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qloballaşan Dünyada Musiqi Ənənələri” I Beynəlxalq Elmi-praktik konfransın ikinci günü keçirilib və Amerikalı musiqiçi, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbaxın solo konserti ilə konfransa yekun vurulub.
Konfrans saat 10:00-da, AMK-nın professoru Ülkər Əliyeva və həmçinin AMK-nın “Milli Musiqinin Tətqiqi Elmi Laboratoriyası”nın müdiri, professor Abbasqulu Nəcəfzadənin sədrliyi ilə ikinci günün işinə başlayıb.
AMK-nın ‘Bakı zalı’nda baş tutan konfransda yerli və xarici musiqiçilər, musiqişünaslar məruzə ilə çıxış edib, qeyd olunan mövzular ətrafında müzakirələr aparıblar.
Konfransda çıxış ediblər:
Sevil Fərhadova – Azərbaycan, Memarlıq və İncəsənət İnstitutunun ‘Muğamşünaslıq’ bölməsinin rəhbəri
Nurbanu Joldasova – Qazaxıstan, Qazaxıstan Milli İncəsənət Universitetinin müəllimi
Abbasqulu Nəcəfzadə – AMK-nın “Milli Musiqinin Tətqiqi Elmi Laboratoriyası”nın müdiri, professor
Dildora Camalova – Özbəkistan, Uspenski ad. musiqi liseyinin direktoru, professor
Saule Musaxocayeva – Qazaxıstan, Qazaxıstan Milli İncəsənət Universiteti, Musiqişünas magistr
Fəxrəddin Baxşəliyev – Azərbaycan, AMK-nın Baş müəllimi, Filologiya üzrə fəlsəfə doktoru
Manafova Gülnarə – Azərbaycan, AMK-nın “Milli musiqinin tədqiqi laboratoriyasının” elmi işçisi, AMK-nın dissertantı
Sevinc Əzizova – Azərbaycan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi və dissertantı
Haviz Kərimov – Azərbaycan, ADMİU-nun müəllimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq İncəsənət İnstitutunun doktorantı
Akif Quliyev – Azərbaycan, Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Aynurə Məmmədova – Azərbaycan, AMK-nın müəllimi
Təranə Əliyeva – Azərbaycan, AMK-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Fəzilə Rəhimova – Azərbaycan, AMK-nın müəllimi
Güllü İsmayılova – Azərbaycan, ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Svetlana Əhmədova – Azərbaycan, AMK-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Telman Qəniyev – AMK-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Nuridə İsmayılzadə – Azərbaycan, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Elmi Tətqiqat Laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Aysel Hacıyeva – Azərbaycan, ADMİU-nin magistrı
Nərgiz Əhmədova – Azərbaycan, AMK-nın dissertantı
Fazilə Nəbiyev – Azərbaycan, AMK, AMEA-nın dissertantı
Fərid Fətullayev – Azərbaycan, AMK-nın “Milli Musiqi Alətlərinin Təkminləşdirilməsi Laboratoriyası”nın kiçik elmi işçisi
Beləliklə AMK-nın elmi işçisi Fərid Fətullayevin çıxışı ilə konfransa yekun vurulub. Ardından qonaqlar AMK-nın ‘Böyük zal’ına dəvət olunublar. Burada Amerikalı musiqiçi, uzun illərdir Azərbaycan muğamını dünyada təmsil edən, bütün ömrünü milli muğamımıza həsr edən Cefri Verbaxın solo konserti başlayıb.
Cefri Verbax Azərbaycanın milli musiqi alətləri olan tar və kamançada Azərbaycan muğamlarını səsləndirib. Böyük maraqla qarşılanan konsertdə AMK-nın rektoru, professor Siyavuş Kərimi çıxış edib. O, bildirib ki, Cefri Verbaxın Azərbaycana, musiqimizə olan belə münasibəti əvəzsizdir və onu tanıdıqca dilimizə, millətimizə, mədəniyyətimizə olan bu sevgisini izlədikcə anlayıram ki, o, əsl fəxri səfirdir, ona təşəkkürümü bildirirəm.
Konsertin yekunlaşması ilə, iki gündür AMK-da davam edən “Qloballaşan Dünyada Musiqi Ənənələri” I Beynəlxalq Elmi-praktik konfransı başa çatıb.