Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qloballaşan Dünyada Musiqi Ənənələri” I Beynəlxalq Elmi-praktik konfransı işə başlayıb.

 

AMK-nın rektoru, professor Siyavuş Kərimi ilk olaraq Giriş sözü sözləyib. Rektor, professor S.Kərimi dünyanın fərqli coğrafiyalarından Bakıya üz tutan qonaqları, yerli musiqiçiləri salamlayıb və konfransın əhəmiyyətindən danışıb. Belə beynəlxalq tədbirin iştirakçı ölkələr arasında mədəni yaxınlaşmaya xidmət etdiyini söyləyən professor, konfransın davam edəcəyi 2 gündə bütün kollektivə, həmçinin ümumilikdə bütün musiqiçilərə uğurlar arzu edib.

 

Konfrans AMK-nın tələbə xorunun ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran” kompozisiyası ilə açıq elan edilib.

 

Sonra AMK-nın prorektoru, konfransın elmi rəhbəri, professor, Lalə Hüseynova məruzə ilə çıxış edib. O, “Azərbaycan Milli Konservatoriyası ali musiqi təhsilinin müasir Şərq modeli kimi” mövzusu ilə plenar iclasa Giriş edib.

 

Konfrans AMK-nın Beynəlxalq Əlaqələr Departamentinin direktoru Cahangir Səlimxanov və professoru Fəttah Xalıqzadənin moderatorluğu ilə AMK-nın iki əsas zalında – Böyük Zal və Bakı Zalında davam edib.

 

Konfransda həmçinin məruz ilə çıxış ediblər:

 

Genichi Tsuge – Yaponiya, Tokio Universitetinin fəxri professoru, Ph.Dr.

Uğur Alpagut – Türkiyə, Abant İzzet Baysal Univeristetinin professoru

Alexandria Sultan Von Bruseldorff – ABŞ, Prinston Universiteti, AMK-nın doktorantı

Umitcan Cumakova – Qazaxıstan, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru

Pol Uolter Kuyvinen – ABŞ, SİL İnternational, Etnomusiqişünas, Ph.Dr.

Kaya İlhami – Türkiyə, Batman Universiteti Yrd. Doç. Dr.

Sənubər Bağırova – Azərbaycan, AMEA-nın aparıcı elmi işçisi, Memarlıq və incəsənət İnstitutu, Ph.Dr.

Cahangir Səlimxanov – Azərbaycan, AMK-nın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri

Aytən Manafova – Azərbaycan, AMK-nın doktorantı

Polina Desyatniçenko – Kanada, Toronto Universiteti, etnomusiqişünaslıq üzrə fəlsəfə doktoru

Rəna Məmmədova – Azərbaycan, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun professoru, sənətşünaslıq üzrə elmlər doktoru

Kuat Bakgisbekov – Qazaxıstan, Qazaxıstan Bəstəkarlar Birliyinin aparat rəhbəri

Seyran Qafarzadə – Türkiyə, Batman Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Fəttah Xalıqzadə – Azərbaycan, AMK-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Gülnarə Manafova – Azərbaycan, AMK-nın dissertantı və “Milli Musiqinin Tətqiqi Elmi-tətqiqat Laboratoriyası”nın elmi işçisi

Jalə Qulamova – Azərbaycan, AMK-nın Elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Neil Van der Linden – Niderland, Utrext Universiteti, Hüquq və Tibb üzrə magistr

 

Konfransın ilk günü AMK-nın müəllim və tələbə heyətinin birgə hazırladığı konsert proqramı ilə başa çatıb. Proqram üzrə Azərbaycanın milli musiqiləri xarici qonaqlara və konsertdə iştirak edən digər musiqiçilərə təqdim olunub.

 

Qeyd edək ki, Konfransın ikinci günü sabah saat 10:00-da başlayacaq.