Oktyabrın 2-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət cə İctimai Əlaqələr üzrə Rəhbəri Saki Uçidate ilə görüşüb.

 

Qonağı AMK-da görməkdən məmnun olduğunu söyləyən rektor S. Kərimi, Konservatoriyanın tədrisi, həyata keçirdiyi tədbirlər və beynəlxalq layihələr haqqında Saki Uçidate’ə məlumat verib.

 

Rektor S.Kərimi bildirib ki, iki ölkənin mədəniyyətləri arasında yaradıcı əlaqələri daha da genişləndirməyimizdə bu görüşün əhəmiyyəti böyük olacaq.

 

Görüşlə bağlı rektora minnətdarlığını bildirən Saki Uçidate, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin mədəniyyət sahəsindəki fəaliyyəti və planlaşdırılan layihələr haqqında məlumat verib.

 

Daha sonra Noyabr ayında AMK-da baş tutacaq Azərbaycan musiqiçiləri ilə Yaponiya musiqiçilərinin birgə konserti barədə ətraflı müzakirə aparılıb.

 

Sonda tərəflər Konservatiyada dərs prosesini izləyib, konsertin keçiriləcəyi ‘Böyük Zal’la tanış olublar.