Beynəlxalq Əlaqələr və Əcnəbi Tələbələrin Qəbul Şöbəsi

 

Azərbaycan Milli Konservatoriyası fəaliyyətə başlayan dövrdən Beynəlxalq əlaqələr və əcnəbi tələbələrin qəbul şöbəsi öz işinə başlamışdır. İlk növbədə respublikanın bütün ali məktəblərinin analoji qurumları ilə sıx əlaqə yaradılmışdır. Ölkəmizdə akkreditə olunmuş səfirliklər ilə əməkdaşlıq qurulmuşdur:

 

Yaponiya səfirliyi ilə-2005-ci ildə “Ot kökləri” layihəsi işlənmiş və Yaponiya Höküməti tərəfindən təsdiq olunmuşdur. Bu layihəyə əsasən yeni tikilmiş binada konsert zalları, auditoriyalar, laboratoriyalar ən müasir texniki vəsaitlər ilə təchiz olunacaqlar. Binanın tikintisi başa çatmadığı üçün, 2010-cu ildə Yaponiya Səfirliyinin II Katibi Makoto Furukavanın AMK-da keçirdiyi görüş zamanı bu layihə yenidən müzakirə edilmiş bina hazır olan müddətdə onun həyata keçirilməsi təsdiqlənmişdir. Bununla yanaşı Polşa Səfirliyi ilə “Şopen ili” ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib. Belçikanın Azərbaycanda akkreditə olunmuş Səfiri cənab Philippe Yottardın təşəbbüsü ilə müştərək konsert proqramları təşkil olunmuşdur.

 

Azərbaycan Milli Konservatoriyasının 504 saylı 14 yanvar 2010-cu il tarixli məktubuna cavab olaraq Amk-nın beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə Xarici İşlər Nazirliyi öz diplomatik kanalları ilə aşağıda adları çəkilən səfirliklərə və təşkilatlara müraciyyət etmişdir.

 

Azərbaycanda Səfirlikləri fəaliyyət göstərən ölkələrə göndərilmiş müraciətlər:

 

İsveçrə, Amerika Birləşmiş Ştatları, Polşa, Norveç, Niderland, Litva, Latviya, İtaliya, Rumıniya, Belçika, Bolqarıstan, Çin, Çexiya, Misir, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Yaponiya, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya, Mərakeş, Səudiyyə Ərəbistan, Kuba, Kuveyt, Hindistan. Azərbaycanın xaricdəki Səfirlikləri vasitəsilə göndərilmiş müraciətlər: Avstriya, Kanada, İspaniya, İsveç. Azərbaycanın YUNESCO yanındakı Daimi Nümayəndəliyi vasitəsilə göndərilmiş müraciət:

 

AMK 2003-cü ildən ELIA-nın (Avropa İncəsənət İnstitutlar Liqası) üzvüdür. ELIA-ya 48 dövlətdən 376 universitet daxildir. Bu xətlə Şöbənin müdiri Zemfira Hüseynova 2004-cü il noyabr ayının 3-6 tarixində İsveçrənin Lüsern şəhərində beynəlxalq konfransda iştirak etmişdir. 2005-ci il oktyabr ayının 14-21 tarixində Tiflis şəhərində AMK-nın professorları M.Quliyev, S.Fərhadova və Z.Hüseynova ELIA-nınkeçirdiyi konfransda iştirak ediblər. 2006-cı ili oktyabr ayının 26-sı 28 tarixində Belçikanın Gent şəhərində keçirilən beynəlxalq konfransda Z.Hüseynova iştirak etmişdir.

 

ELIA çərçıvəsində London Universitetinin SOAS mərkəzi, Belqrad Universiteti ilə, İsveçin Göteborq Universiteti ilə, Qazaxstan İncəsənət Akademiyası ilə əlaqələr qurulub. 2008-ci ildə Azərbaycan Milli Konservatoriyasının rektoru professor S.Kərimi və Tehran Universitetinin rektoru Ayatolla Həmid Zəncani tərəfindən iki ali məktəblər arasında memorandum imzalanmışdır. Həmin ildə Azərbaycan Milli Konservatoriyası Özbəkistanın Daşkənd Dövlət Konservatoriyası ilə Misir Dövlətinin Ain Şəms Universiteti ilə ilkin memorandum mətni vasitəsi ilə qarşılıqlı tanışlıq baş vermişdir.

 

2009-cu ildən etibarən “Muğam Aləmi” I Beynəlxalq Muğam Festivalı H. Əliyev Fondunun Prezidenti, Mehriban Əliyevanın təşəbbüsü ilə, start götürmüşdür. Müsabiqənin qaliblərini müəyyənləşdirən münsiflər heyətinə sədr Azərbaycan milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi təyin olunmuşdur. Bir il fasilə ilə keçirilən tədbirə mütəmadi olaraq Milli Konservatoriya ev sahibliyi edir.

 

Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr şöbəsi tərəfindən 2015-ci ildə “Space of Mugam” IV-cü Beynəlxalq Muğam Müsabiqəsi üçün tərtib olunmuş http://mugamcompetition.az veb saytı 20.05.2016-cı il tarixində NETTY 2016 Azərbaycan Milli İnternet Akademiyası tərəfindən Mədəniyyət və İncəsənət sahəsində nominasiya üzrə mükafat ilə ilə təltif olunmuşdur.

 

Azərbaycan Milli Konservatoriyası 2015-ci ildən etibarən “Mevlana-dəyişim proqramı”nın üzvüdür. Bu proqram vasitəsilə Milli Konservatoriya ilə Türkiyənin bir çox incəsənət yönümlü ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsi etmək nəzərdə tutulur.

 

Azərbaycan Milli Konservatoriyası eyni zamanda “Erasmus +” proqramının da üzvüdür. Bu proqram üzrə bir neçə tələbəmiz əməkdaşlıq etdiyimiz universitetlərdə təhsil alıb geri dönmüşdür.  Bu yöndə işlər aparılır və qarşıdakı zamanda tələbələrimizin bu proqramdan yararlana bilməsi üçün əsas addımlar atılacaqdır.

 

Azərbaycan Milli Konservatoriyası 2009-cu ildən etibarən Türkiyə Cumhuriyyətinin “Yüsek Öyretim Kurumu”na üzv olmuşdur. YÖK-ə üzv olmaqla Azərbaycan Milli Konservatoriyasının adı Türkiyə Cumhuriyyətinin ali təhsil ocaqlarının adları sıralanan jurnalda öz əksini tapmışdır ki, bu da Türkiyənin istənilən zonasından tələbələrin Milli Konservatoriyaya qəbul olması və ali təhsili təsdiq edən sənədin (diplomun) sözügedən ölkədə tanınması imkanını yaradır. Bu üzvlük sayəsində indiyəcən Milli Konservatoriyaya Türkiyənin müxtəlif şəhərlərindən müraciətlər və qəbullar olmuşdur və üzvlüyümüz indiyə kimi davam etməkdədir.

 

Azərbaycan Milli Konservatoriyasının əməkdaşlıq etdiyi xarici universitetlərin siyahısı:

 

1. Anadolu Universitetinin Dövlət Konservatoriyası – 2009
2. Çin Xinjiang İncəsənət İnstitutu – 2010
3. Yazeps Vitols adına Latviya Musiqi Akademiyası – 2011
4. Moldova Respublikasının Musiqi, Teatr və İncəsənət Akademiyası – 2012
5. Talabxuca Sattarov adına Tacikistan Milli Konservatoriyası – 2013
6. Harran Universitetinin Dövlət Konservatoriyası (Şanlıurfa,Türkiyə) – 2013
7. İstanbul Texnik Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası – 2014
8. Kurmanqazı adına Qazaxstan Milli Konservatoriyası – 2015
9. Edvard Said Milli Konservatoriyası (Yerusəlim, Fələstin) – 2015
10. Türkiyə Cumhuriyyətinin Gaziantep Universiteti (Eskişehir,Türkiyə) – 2017