Üzeyir Hacıbəylinin 120 illiyi qeyd olundu.
«Xalqımız dahi bəstəkar, müasir Azərbaycan professional musiqi sənətinin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyini öz böyük oğluna dərin minnətdarlıq və məhəbbət hissi ilə qeyd edir. Xalqımızın böyük himayədarı Heydər Əliyev Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyovun misilsiz xidmətlərini nəzərə alaraq,onun yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək üçün 1995-ci ildə imzaladığı Fərmanla hər il sentyabrın 18-də Üzeyir Musiqi günü keçirilməsi barədə qərar vermişdir.
Məhz həmin fərmanın davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev bu il fevralın 28-də Üzeyir Hacıbəyovun 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2005-ci il tarixli həmin sərəncamında qeyd edilir: «… Üzeyir Hacıbəyovun ev-muzeyinin əsaslı təmir olunmasını təmin etsin».
Həmin sərəncama əsasən Respublikamızda silsilə tədb irlər keçirilir».
Sonra nazir Üzeyir bəyin zəngin yaradıcılığından danışaraq onu xalqın mənəvi qüdrətinin timsalı adlandırdı.
Odlar diyarı Azərbaycanın dünya mədəniyyəti xəzinəsinə od ürəkli, od nəfəsli sənətkarlar verdiyini deyən Nazir, belə ölməz sənətkarlar arasında Üzeyir Hacıbəyovun xüsusi yeri olduğunu söylədi.
O, zəngin, ecazkar, çox sahəli və çox janrlı yaradıcılığa malik böyük şəxsiyyət, parlaq istedad sahibidir.
Xalqa yaxın olması, coşğun, ictimai və ədəbi fəaliyyəti, tükənməz yaradıcılıq imkanları ona zəmanəsinin sənət korifeyləri sırasında yüksək yer qazandırmışdır.
Sonra Polad Bülbüloğlu muzeydə gedən təmir işlərindən danışdı, bu təmirdə əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.
Daha sonra xalq artisti Ramiz Mustafayev, sənətşünaslıq doktoru Zemfira Səfərova, muzeyin direktoru bəstəkar Sərdar Fərəcov açılış mərasimində çıxış etdilər. Daha sonra muzeyin qapısında qırmızı lenti kəsən nazir Polad Bülbüloğlu hamını muzeyə dəvət etdi.
Gələn qonaqlar muzeyin yeni tərtibatı ilə tanış olaraq məmnun qaldılar. Muzeyin həyətində iki yeni kitabın- «Vətən, Millət, Ordu» və «Komediyalar və yumoristik miniatürlər» kitablarının təqdimat mərasimi oldu.
Hər iki kitab Üzeyir Hacıbəyovun əsərlərini əhatə edərək bəstəkarın 120 illik yubileyi münasibəti ilə muzeyin əməkdaşları tərəfindən tərtib olunmuşdur.
2012-ci ilin 28 fevralında ölkə Prezidenti Ilham Əliyevin Üzeyir Hacıbəyovun 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi fərmanda ev-muzeyinin də əsaslı təmiri xüsusi olaraq qeyd olunmuşdu.
Bu fərmandan irəli gələrək Mədəniyyət Nazirliyi də təmirin yüksək səviyyədə keçirilməsi üçün əmr verdi. Bütün yay mövsümündə muzeydə ciddi və gərgin iş göruldü.
Muzey binasının çürümüş döşəmə və tavanı dəyişildi, divarların suvaqları, qapı-pəncərələri yeniləşdi, döşəməyə yeni parket örtüyü vuruldu.
Ən vacibi isə uzun illər muzey üçün zəruri olan ventilyasiya, istilik sistemi quraşdırıldı, muzey müasir kondisionerlər ilə təchiz olundu. Muzeyin quruluşunda da bir çox yeniliklər baş verdi.
Bu evin dəhlizi, həyəti, kino-konsert salonu yeni görkəmdə tərtib olundu. Muzeyin əməkdaşları qısa zaman ərzində yeni mövzu ekspozisiya planı işləyib hazırladı ki, onun da əsasında muzeyin yeni ekspozisiya və tərtibatı həyata keçdi.
Muzeydə tamaşaçılara tanış olan eksponatlarla yanaşı, bir çox yeni-yeni fotolar, əşyalar, sən ədlər və s. nümayiş etdirildi.