21 noyabr 2015 -ci il tarixdə bir qrup gənc Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı və kreativ aksiya həyata keçirmişdir. Layihənin məqsədi Üzeyir Hacıbəyovun 130 illik yubileyini qeüd etmək, onun əsərlərini cəmiyyətə tanıtmaq və kreativ şəkildə dahi şəxsiyyəti yad etmək olub. Metronun qatarlarından birində qəflətən 20 nəfərə qədər Milli Konservatoriyanin musiqiçi tələbəsi Üzeyir Hacıbəyovun bəstələdiyi Arazbarı əsərini maraqlı tərzdə ifa etmişdir. Keçirilmiş fleşmobun nəzərə çarpan əsas xüsusiyyəti isə klassik kompozisiyada istifadə olunan alətlərin əvəzinə milli alətlərdən istifadə olunmasıdır. Belə ki, layihədə saz, tar, kamança, baş tar,qanun və balaban alətlər nəzərə çarpır. Layihə metro istifadəçiləri və cəmiyyət tərəfindən çox böyük təəccüb və maraqla qarşılanıb. Xatırladaq ki, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya gəlmişdir. Şərqdə ilk operanın və Azərbaycan Respublikasının dövlət himninin müəllifidir.
İdeya: Samir Qədirov
Layihə Rəhbəri:
Tofiq Hidayətzadə
Dirijor: Fəxrəddin Atayev