26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda Simurq muğam ansamblı tamaşaçı rəğbəti və uğurunu qazanıb.
Eyni zamanda Qran-pri mükafatına layiq görülüb.
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən bu ilki festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.
Festivala qatılanlar içində Azərbaycan Milli Konservatoriyasının Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova,İştirakçılar tanınmış xanəndə AMK-nın məzunu Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), AMK-nın Xalq çalğı alətləri Kafedrasının müəllimi, Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı iştirak edərək Ali mükafata Qran-pri mükafatına layiq görülüb.Təbrik edirik.Uğurlar diləyirik.