5 noyabr tarixində İstanbul Atatürk Kültür ( mədəniyyət) mərkəzində Mənsum İbrahimovun bədii rəhbər olduğu “Qarabağ Qrupunun” konserti keçirilib.”Azərbaycanın Şanlı Zəfərinin 4 ili” adı altında keçirilmiş konsert böyük izdiham və coşquyla qarşılanıb.Konsertdə Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri Xalq artisti Mənsum İbrahimov, Qarabağ Muğam qrupu : Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, Siyavuş Kərimov, Xanəndə Sədəf Budaqova və Xalq artisti Natiq Şirinov ,”Natiq ritm qrupu” iştirak edib.
Azərbaycanın Dövlət başçısı Ali Baş Komandanı İlham Əliyevin əvəzolunmaz siyasəti, Ordumuzun dünyaya örnək olan döyüş strateqiyası, Şəhidlərimizin qanı bahasına əldə olunmuş Şanlı Zəfər tariximizdən 4 il keçir.
Biz o çətin günlərdə hər addım yanımızda olan, döyüş paradına şəhid sayımız qədər əsgər göndərən Qardaş Türkiyəyə daima minnətdarıq.
AMK – nın Xanəndə kafedrasının əməkdaşlarının, başda Kafedranın müdiri Xalq artisti Mənsum İbrahimovun Azərbaycan hüdudlarından kənarda milli musiqi təbliğatında əvəzsiz xidmətlərini alqışlayır və təşəkkür edirik.
Qardaş ölkəmizdə keçirilən Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert ilə təbrik edir daha böyük zirvələrə doğru yüksəlməyi diləyirik. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan Sənətkarları. Qarabağ Azərbaycandır!