4 oktyabr M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar Məmmədağa Umudovun 75 illiyinə həsr olunmuş konser keçirilib. Yubiley Konserti Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq Kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamovanın çıxışıyla başlayıb.
Konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solist olaraq Əməkdar artist Sahib Paşazadə (tar) çıxış edib.
Proqramda bəstəkarın tar və simfonik orkestr üçün “Çahargah dəstgahı” və “Cümhuriyyət marşı”, Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poeması təqdim edilib.
Bir daha Azərbaycan Milli Konservatoriyasının professoru
bəstəkar, professor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Məmmədağa Umudovu 75 illik yubileyi münasibəti ilə təbrik edirik. Ona yaradıcılıq uğurları diləyirik.