Возможно, это изображение текст "1 ANIK Azarbaycan Milli KONSERVATORİYASI 1918 31 MART SOYQIRIMI GÜNÜ"
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və eyni zamanda milli yaddaş baxımından mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.
1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləvi qırğınlar xalqımıza qarşı həyata keçirilmiş sistemli zorakılıq siyasətinin bariz təzahürü olmuşdur. Həmin hadisələr erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilmiş, dinc azərbaycanlı əhaliyə qarşı misilsiz qəddarlıqla kütləvi qırğınlar törədilmişdir.
Dövlət müstəqilliyinin bərpasından sonra bu hadisələrə obyektiv siyasi-hüquqi qiymət verilmiş, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilmişdir.
Tarixi yaddaşın qorunması və milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi cəmiyyətin mənəvi dayanıqlığının əsas sütunlarından biridir.
Xalqımıza qarşı törədilmiş bu faciələrin unudulmaması, onların elmi əsaslarla araşdırılması və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Konservatoriyası bu faciənin qurbanlarını dərin ehtiram və hörmətlə anır.