30 yanvar 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında Həmkarlar İttifaqının sədr seçkisi keçirilib. Seçki, əvvəlki sədrin öz ərizəsi ilə vəzifəsindən ayrılmasının ardından təşkil edilib.
Seçki prosesində AMK-nın rektoru, prorektorlar, professor – müəllim heyəti,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə və sədrin müşavir – katibi də iştirak ediblər.
Tədbiri AMK-nın rektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə açaraq, Həmkarlar İttifaqının təhsil müəssisələrindəki rolu və əhəmiyyətindən danışıb, sözügedən qurumun kollektivin hüquq və maraqlarını qorumaq, əmək şəraitini yaxşılaşdırmaq və sosial dəstəyi təmin etmək baxımından olduqca vacib olduğunu vurğulayıb.
Sonra sədr müavini Mirzə Cəfərzadə çıxış edərək ittifaqın qarşıdakı dövrdə həyata keçirəcəyi yeniliklər və hazırda qüvvədə olan dəyişikliklər barədə geniş məlumat verib.
Demokratik seçim nəticəsində AMK-nın gənc müəllimi, Fərdin Məhəmmədzadə yekdilliklə yeni sədr təyin edilib.
Azərbaycan Milli Konservatoriyasının kollektivi adından yeni sədrə fəaliyyətində uğurlar arzulayır və kollektivin rifahı naminə səmərəli işlər görəcəyinə inanırıq!