28 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının Elmi Şurasının iclasında bir qrup professor və əməkdaş yubileyləri münasibətilə fəxri fərmanla təltif olunub.
Təltif olunanlar arasında Azərbaycan Respublikasının Xalq artistləri, professor Ağasəlim Abdullayev, professor Fəxrəddin Dadaşov, professor Ağacəbrayıl Abasəliyev, professor Mənsum İbrahimov, eləcə də AMK-nın operatoru Saleh Əliyev yer alıb.
Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə yubilyarları təbrik edərək, onlara fəxri fərman və gül dəstələri təqdim edib.