20 fevral 2025-ci il tarixində Gülüstan sarayında Vergi Xidmətinin 25 illik yubileyi münasibətilə rəsmi tədbir keçirilib. Tədbirdə vergi orqanlarının əməkdaşları, veteran vergi işçiləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində insan resurslarının inkişaf istiqamətləri, əməkdaşlardan gözləntilər və müəyyən edilmiş hədəflər müzakirə olunub. Vergi sisteminin uğurlu fəaliyyətində fəal iştirakına görə fərqlənən əməkdaşlar təltif edilib. Tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyası tərəfindən təşkil olunub. Xalq artistləri Mübariz Tağıyev, Aygün Bayramova, əməkdar artistlər Təyyar Bayramov, Ramil Qasımov, İnarə Babayeva və sevilən ifaçılar Aytən Məhərrəmova, Təbriz Yusubov, Rəşad İbrahimov, Rövşən Qurbanov, Ceyhun Muradov, Vüsal Bayramovun ifasında dəyərli musiqi nümunələri səsləndirilib.