19 oktyabr “Musiqi Körpüsü” adı altında düşünülmüş görüşümüz keçirilib.
Belə ki, İsveçrəli ifaçı Sofi de Quay Azərbaycanla musiqi körpüsü qurmaq məqsədi ilə
Azərbaycan Milli Konservatoriyasının tələbələri ilə görüşüb. Bu münasibətlə Azərbaycan Milli Konservatoriyasının Muğam zalında musiqili seminar keçirilib. Seminarda Azərbaycan Milli Konservatoriyasının tələbələri iştirak ediblər. Onlar İsveçrəli Musiqiçiyə öz milli alətlətələrimizi nümayiş etdiriblər. Populyar Musiqi və caz kafedrasının tələbəsi Əsədullayeva Sevil (III kurs) , Abdullalı Cavanşır (IV kurs) öz ifalarını nümayiş etdirib. Bu qonaqların böyük marağına səbəb oldu.
Seminar boyu İsveçrəli ifaçı Sofi de Quay iştirakçılara Musiqi alətlərimiz, müğənnilər, mahnılar və ümumililkdə musiqi ilə bağlı suallar verdi.
“Tələbələrlə Musiqi diliylə bir birimizi daha gözəl anlaya bilirik” ifadəsindən sonra Azərbaycanın müqəddəs musiqi alətləri olan tar, kamança, qanun alətləri ilə tanış oldu. Tələbələr “Qarabağ” musiqi əsərini ifa etdilər. Bu da qonaqların və iştirakçıların ürəyincə oldu.
Seminar: Musiqi ilə körpülərin qurulması və Sophie de Quay,
gənc İsveçrə ifaçıları Sofi de Quay və Simon Jaccard üçün də maraqlı olduğundan əminik. Qeyd etyməliyik ki, Seminarda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi də iştirak etdi. Həmişə olduğu kimi tələbələr və gələn qonaqlarla səmimi ünsiyyət qurdu. Ümid edirik ki, çox istedadlı tələbələrimizın çıxışları layihə iştirakçılarına zövq verdi. İsveçrəli musiqili qonaqlarımız da çox istedadlı və musiqi dilindən anlayan musiqiçilər idi. Onlara Yaradıcılıq uğurları diləyirik. Bir daha görüşənədək.