18 sentyabr dahi bəstəkar Azərbaycan Musiqisinin banisi Azərbaycan Musiqisi həyatında müstəsna yeri olan, Azərbaycan Milli operasının banisi, publisist, dramaturq, pedaqoq, musiqişünas, İctimai xadim Üzeyir Hacıbəylinin 139 cu mövlud günü və eyni zamanda musiqi bayramıdır.
Azərbaycanın dahi bəstəkarının məzarını ziyarət etmək üçün fəxri xiyabana Azərbaycan Milli Konservatoriyasının Rektoru Xalq artisti Siyavuş Kərimi, Rektorun müşaviri Riad Quliyev, Muğam (xanəndə) kafedrasının müdiri Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov və digər əməkdaşlar ziyarət edib. Azərbaycan Milli Konservatoriyasının Rektoru Xalq artisti Siyavuş Kərimi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin məzarı önündə çıxış edərək Vurğulayıb : “Üzeyir Hacıbəyov təkcə musiqimizin deyil Azərbaycan mətbuatının inkişafında, musiqi təhsilinin inkişafında böyük tarixi iz qoymuş bir sənətkardır. Biz gərək Üzeyir Hacıbəylinin təyin etdiyi təhsil sistemini mütləq şəkildə davam etdirək.Üzeyir bəy Azərbaycana Ulu Tanrı tərəfindən bəxş olunmuş nadir simalardandır. Ruhu şad olsun.” Musiqi bayramınız mübarək”
Ziyarətdən sonra Bakı Musiqi Akademiyasının rektoru xalq artisti Fərhad Bədəlbəyli,mədəniyyət Nazirinin müavini Murad Hüseynov və başqa mədəniyyət və incəsənət xadimləri, qonaqlar Azərbaycan Milli Konservatoriyasında qonaq oldu.
İlk olaraq Azərbaycan Milli Konservatoriyasının həyətində “Dirijorluq kafedrası” AMK nın tələbələrindən ibarət Ariflər Xalq çalğı alətləri orkestrinin çıxışı qonaqları qarşıladı. Dirijor Arif Məhərrəmov, bədii rəhbər : Dosent Leyla Zalıyeva, Muğam ( Xanəndə) kafedrası, xanəndələr Xəyal Hüseynov,Gülzar Fərəcova və Güllü Muradovanın ifasında Qarabağ şikəstəsi “səsləndirildi” . Möhtəşəm musiqi bayramından sonra Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında keçiriləcək olan Üzeyir Hacıbəyliyə həsr olunmuş ” Qədim Mirasın əks -sədaları? Musiqi və rəqs irsinin öyrənilməsi” adlı Simpoziumda iştirak etdilər.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyli və 18 sentyabr Musiqi gününə həsr olunmuş tədbirlər və konsertlər bu gün ölkəmizin hər yerində davam etməkdədir.
Bizim Azərbaycan Milli Konservatoriyasında bayram əhval -ruhiyyəsi duyulmaqda davam edir.Belə ki Beynəlxalq simpozium Sentyabr ayının 22 -qədər davam edəcək.
Musiqi Bayramınız Mübarək !!