18 oktyabrda Azərbaycan Milli Konservatoriyasında təcrübəyə gəlmiş Kazaxıstan Kurmanqazı adına Milli Konservatoriyasının tələbələrinin təqdimatı keçirilib.Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin dəvəti ilə Universitetimizdə təcrübə keçən tələbələr yekun olaraq kiçik konsert və tanıtım videosu ilə çıxış edib. (Departamentin rəhbəri Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygül Əhmədova.)
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi və İdarə heyəti, AMK-nın müəllim və tələbələri təqdimatda iştirak edib.
Kazaxıstan Kurmanqazı adına Milli Konservatoriyasının tələbələri Şarip Arşat Kazaxıstan Kurmanqazı adına Milli Konservatoriyasının elmi şurasının üzvü, Beynəlxalq müsabiqələr laureatı, tələbələrdən ibarət xor və orkestrlərin Bədii rəhbəri və dirijoru ilk növbədə təhsil aldıqları təhsil ocaqıları haqqında geniş məlumat verib. Sonra digər dostlarını təqdim edib. Tədbirin bədii hissəsini maqistr tələbə , Etnomusiqişünas, Beynəlxalq müsabiqələr laureatı, bir çox elmi məqalələr müəllifi Kazmuxammedov Yermek davam edib.
Digər tələbələr musiqi nömrələri ilə çıxış ediblər Beybit Temirxan , Tansılbayeva Balnur, Serik Jumaqaliyev, Serik Aliya , Adalcanova Cansulu.
Təcrübə keçmiş tələbələr Azərbaycan musiqisi və qonaqpərvərliyindən də söz açıblar, bu iki həftə ərzində müxtəlif dərslərdə, tədbirlərdə iştirak ediblər. Çox böyük məmuniyyətlə AMK -nın tələbə və müəllim heyətinə minnətdarlıqla tədbir sona çatıb.Qeyd etməliyik ki, təqdimatın sonunda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək bu istedadlı tələbələrin musiqi savadlarından və musiqi təqdimatlarından razı qaldığını dilə gətirib.
O deyib: “Gözəl musiqinizi olduğu kimi çatdırarmağı bacarmaq məharətinizi çox alqışlayıram.Və bu yolda sizə nailiyyətlər arzu edirəm” .Təqdimat bitdikdən sonra Rektor tələbələrə Sertifikatlar təqdim edib.